...

Azərbaycanda Konstitusiya Məhkəməsi hakimləri üçün yaş məhdudiyyəti tətbiq olunub

Cəmiyyət Materials 22 May 2012 14:04 (UTC +04:00)
Azərbaycanda Konstitusiya Məhkəməsi hakimləri üçün yaş məhdudiyyəti tətbiq olunub.
Azərbaycanda Konstitusiya Məhkəməsi hakimləri üçün yaş məhdudiyyəti tətbiq olunub

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanda Konstitusiya Məhkəməsi hakimləri üçün yaş məhdudiyyəti tətbiq olunub. Trend-in məlumatına görə, Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında "Konstitusiya Məhkəməsi haqqında" qanuna dəyişiklik edilib.

Parlamentin Hüquq siysəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, layihəni qanunvericilik təşəbbüsü ilə Prezident İlham Əliyev Milli Məclisə göndərib.

"Dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsi hakimlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi halları müəyyənləşdirilir. Birincisi, Konstitusiya Məhkəməsinin hakimləri yaşı 70-ə çatanda, ikincisi isə Konstitusiya Məhkəməsi hakimləri hakim şərəf və ləyaqətinə xələl gətirən hərəkətlərə yol verəndə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilə bilər", - Hüseynli əlavə edib.

Komitə sədri bildirib ki, Azərbaycanda digər məhkəmələrin hakimləri üçün yaş həddi 65 yaş müəyyənləşdirilib, istisna hallarda 70 yaşadək işləməyə icazə verilir: "MDB ölkələrində, Avropa İnsan Haqları Məhkəməsi hakimləri üçün də yaş senzi 70 yaş müəyyənləşdirilib.

Parlamentin bu gün keçirilən iclasında həmçinin "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında", "Bələdiyyələrin statusu haqqında" , "Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında" , "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanunlara dəyişiklik edilib, "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanunun layihəsi ikinci oxunuşda qəbul olunub.

Xəbər lenti

Xəbər lenti