Azərbaycan, Bakı, 25 may /Trend/
Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrinin birində xidmət edən hərbçi Xaçatur Melikyan cümə axşamı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Novosti-Armeniya" agentliyinə Müdafiə Nazirliyinin İstintaq xidmətinin nümayəndəsi Meri Sarkisyan bildirib.
Melikyanı sükanı arxasında hərbçinin oturduğu yük maşını vurub. Xəsarət alan xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 377-ci maddəsi (idarəetmə qaydasının və ya maşının istismarının pozulması) üzrə cinayət işi qaldırılıb. İstintaq aparılır.