...

Ombudsman Aparatının əməkdaşları 13 saylı cəzaçəkmə müəssisəsinə baxış keçiriblər

Cəmiyyət Materials 4 İyun 2012 18:59 (UTC +04:00)
İşgəncələr əleyhinə Milli Preventiv Mexanizm qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsinə növbəti uzunmüddətli (ikigünlük) başçəkmə həyata keçiriblət. Müəssisə rəhbərliyi tərəfindən bu qrupun fəaliyyəti üçün lazımi şərait yaradılıb.
Ombudsman Aparatının əməkdaşları 13 saylı cəzaçəkmə müəssisəsinə baxış keçiriblər

Azərbaycan, Bakı, 4 iyun /Trend/

İşgəncələr əleyhinə Milli Preventiv Mexanizm qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsinə növbəti uzunmüddətli (ikigünlük) başçəkmə həyata keçiriblət. Müəssisə rəhbərliyi tərəfindən bu qrupun fəaliyyəti üçün lazımi şərait yaradılıb.

Ombudsman Aparatının mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, başçəkmə zamanı müəssisənin bütün obyektlərinə baxış keçirilib, saxlanılma şəraiti və məhkumlara qarşı rəftar araşdırılıb.

MPM qrupunun həmin müəssisəyə ötən ilin dekabrında keçirdiyi başçəkmə zamanı verilmiş bir sıra tövsiyələr də nəzərə alınaraq, Ədliyyə Nazirliyinin tapşırığı ilə müəssisədə xeyli işlər görülüb ki, bu da müsbət qiymətləndirilir.

Müəssisədə təklikdə qəbul edilmiş 60-dək məhkum, o cümlədən cərimə təcridxanasında olan 13 məhkum saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayət etməyib. Həmin şəxslərin bəziləri barələrində çıxarılmış məhkəmə hökmlərindən narazılığını bildiriblər.

Eyni zamanda, araşdırma aparılarkən cərimə təcridxanasının iki kamerasında təmir aparılmasına ehtiyac olduğu müəyyənləşdirilib və ombudsman bu barədə Ədliyyə Nazirliyinə müraciət ünvanlayıb.

Xəbər lenti

Xəbər lenti