...

Azərbaycanda tullantılara görə 54 min manat cərimə tətbiq olunub

Cəmiyyət Materials 11 İyun 2012 12:20 (UTC +04:00)
Azərbaycanda ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslər 54 011 manat məbləğində cərimələniblər.
Azərbaycanda tullantılara görə 54 min manat cərimə tətbiq olunub

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanda ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslər 54 011 manat məbləğində cərimələniblər. Bu barədə bazar ertəsi Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən may ayının ikinci yarısında keçirilən yoxlamalar nəticəsində ümumilikdə 69 130 manat məbləğində cərimə tətbiq olunub. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 7, məhkəməyə 1, icra qurumlarına isə 25 iş göndərilib.

Departamentin apardığı yoxlamalar ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi daşıyır.

Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 231 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 42 müddətli göstəriş verilib.

Xəbər lenti

Xəbər lenti