...

Azərbaycanın Avropa Gənclər Klubları Konfederasiyasına üzvlüyü müzakirə olunacaq

Cəmiyyət Materials 13 İyun 2012 16:03 (UTC +04:00)
Avropa Gənclər Klubları Konfederasiyasında Azərbaycanın quruma üzvlüyü müzakirə olunacaq.
Azərbaycanın Avropa Gənclər Klubları Konfederasiyasına üzvlüyü müzakirə olunacaq

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir M.Əliyev/

Avropa Gənclər Klubları Konfederasiyasında Azərbaycanın quruma üzvlüyü müzakirə olunacaq.

Gənclər üçün Təhsil Mərkəzindən Trend-ə verilən məlumata görə, əvvəlki illərdə Azərbaycandan müxtəlif gənclər təşkilatları quruma müraciət etsə də, müxtəlif kriteriyalara cavab vermədiklərinə görə üzvlüyə qəbul olunmayıb.

İki il bundan əvvəl Gənclər üçün Təhsil Mərkəzi üzv olmaq məqsədilə Konfederasiyaya müraciət edib və müsbət cavab alaraq danışıqlara başlayıb.

Mərkəzin direktor müavini Rasim Ağayevin verdiyi məlumata görə, Mərkəzin üzvlük məsələsi Konfederasiyanın bir neçə iclasında ciddi müzakirə edilib və qoyulmuş kriteriyalara uyğun gəldiyi üçün yekun təqdimat sənədi hazırlanıb.

Azərbaycanın bu qurumda təmsil olunması üçün Mərkəz rəhbərliyi 14 iyun 2012-ci ildə Danimarkanın Olborq şəhərində Konfederasiyanın ümumi toplantısına çağırılıb.

14-18 iyun 2012-ci il tarixlərində keçiriləcək müzakirələrdə Gənclər üçün Təhsil Mərkəzinin Konfederasiyada Azərbaycanı təmsil etməsinə və üzvlüyünə dair yekun qərar veriləcək.

Qeyd edək ki, Mərkəz rəhbərliyinin Danimarkada keçiriləcək toplantıda iştirakına Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi dəstək verir. Bu nüfuzlu beynəlxalq qurumda təmsilçilik Mərkəzlə yanaşı, Azərbaycan gənclərinin Avropaya inteqrasiya prosesində xeyli əhəmiyyətə malik olacaq.

Avropa Gənclər Klubları Konfederasiyası Avropa məkanında aktiv beynəlxalq qurumlardan biridir. 25 Avropa ölkəsinin təmsil olunduğu bu təşkilatın əsas məqsədi vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi üçün gənclərin öz icmalarında aktiv vətəndaş kimi formalaşmasına şərait yaratmaqdır.

Xəbər lenti

Xəbər lenti