...

"Azərsun Holdinq" talassemiyalı körpələrə yardım məqsədilə qanvermə aksiyası keçirib (FOTO)

Cəmiyyət Materials 19 İyun 2012 13:44 (UTC +04:00)
Ənənəvi olaraq bu il də "Azərsun Holdinq" talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası keçirib.
"Azərsun Holdinq" talassemiyalı körpələrə yardım məqsədilə qanvermə aksiyası keçirib (FOTO)

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Ənənəvi olaraq bu il də "Azərsun Holdinq" talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası keçirib.

Holdinqdən Trend-ə verilən məlumata görə, aksiyaya "Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən müəssisələrin əməkdaşları qatılıb. Aksiyada iştirak edən və ilk qan verən "Azərsun Holdinq"in idarə heyətinin sədri Abdulbari Gözəl aksiyanın əhəmiyyətindən danışaraq bu tədbirin artıq ənənəyə çevrildiyini vurğulayıb.

Qanvermə zamanı qanverən şəxslərə tibbi xidmət göstərilib və donor qanları Səhiyyə Nazirliyinin mərkəzi qan bankına təhvil verilib.

Qeyd edək ki, qanvermə aksiyası holdinqin regionlarda fəaliyyət göstərən müəssisələrində də təşkil olunacaq.

İstehsal etdiyi milli markalarımızla ölkəmizin ərzaq təhlükəsizliyinə böyük töhfə vermiş "Azərsun Hopldinq" artıq 6 ildir belə bir aksiya keçirir. Bu günə qədər "Azərsun Holdinq" əməkdaşları tərəfindən 1000 litrdən artıq qan mərkəzi qan bankına hədiyyə edilib.

Xəbər lenti

Xəbər lenti