...

Gəncədə alüminium zavodundakı uçqunla bağlı cinayət işi başlanıb

Cəmiyyət Materials 20 İyun 2012 15:11 (UTC +04:00)
Trend-in Baş Prokurorluğun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, iyunun 17-də saat 17:00 radələrində Gəncə şəhərində fəaliyyət göstərən "Detal Alüminium" Məhdud Məsuliyyətli Cəmiyyətin ərazisində söküntü işləri aparılarkən 66 metr uzunluğunda dəmir-beton konstruksiyalı tavan çöküb.
Gəncədə alüminium zavodundakı uçqunla bağlı cinayət işi başlanıb

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Gəncədə alüminium zavodunda insan ölümü ilə nəticələnən uçqunla bağlı cinayət işi başlanıb.

Trend-in Baş Prokurorluğun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, iyunun 17-də saat 17:00 radələrində Gəncə şəhərində fəaliyyət göstərən "Detal Alüminium" Məhdud Məsuliyyətli Cəmiyyətin ərazisində söküntü işləri aparılarkən 66 metr uzunluğunda dəmir-beton konstruksiyalı tavan çöküb.

Nəticədə fəhlələr - 1975-ci il təvəlldüdlü Feyzullayev Vyaçeslav Mahmud oğlu və 1977-ci il təvəllüdlü Seyfullayev Səlim Səttar oğlu uçqun altında qalaraq aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Şəhər prokurorluğunun əməkdaşları tərəfindən hadisə yeri və meyitlərə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilib və fakta görə Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq iş üzrə məhkəmə-tibb ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti