...

Azərbaycanın bəzi bölgələrində XI və IX sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək

Cəmiyyət Materials 22 İyun 2012 11:36 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 24-də Şəki, Balakən, Qax. Qəbələ, Oğuz, Mingəcevir, Goycay, Ucar, Kürdəmir. Ağsu və Ağdaş rayonlarının orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirəcək
Azərbaycanın bəzi bölgələrində XI və IX sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək

Azərbaycan, Bakı, 22 iyun /Trend müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 24-də Şəki, Balakən, Qax. Qəbələ, Oğuz, Mingəcevir, Goycay, Ucar, Kürdəmir. Ağsu və Ağdaş rayonlarının orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirəcək.
Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu rayonların XI siniflərində imtahanların keçirilməsi üçün 32 imtahan mərkəzi ayrılıb. İyunun 24-də adıçəkilən rayonlar üzrə 10538 nəfər XI sinif şagirdinin buraxılış imtahanında iştirakı nəzərdə tutulur.

Həmin gün IX siniflərdə təhsil alan 15018 nəfər imtahan verəcək. Onlar üçün bu rayonlarda 32 imtahan mərkəzi ayrılıb.

İmtahan 2 saat davam edəcək. İmtahanını ana dili (Azərbaycan dili bölməsinin şagirdləri Azərbaycan dilindən, rus bölməsinin şagirdləri rus dilindən) və riyaziyyat fənləri üzrə imtahan verəcəklər.

Buraxılış imtahanının nəticələri imtahan keçirilən gündən etibarən 5 günədək elan ediləcək.

Səhhəti, ailə vəziyyəti ilə bağlı buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməyənlər üçün iyulun 4-də buraxılış imtahanı verəcəklər.

Xəbər lenti

Xəbər lenti