...

Azərbaycanda 40 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün ümumi müsahibə elan edilib

Cəmiyyət Materials 5 İyul 2012 16:16 (UTC +04:00)
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan Trend-ə verilən məlumata görə, elan edilən müsahibəyə inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan dövlət qulluğu vəzifəsi çıxarılıb.
Azərbaycanda 40 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün ümumi müsahibə elan edilib

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda 5 dövlət orqanında 40 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün ümumi müsahibə elan edilib.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan Trend-ə verilən məlumata görə, elan edilən müsahibəyə inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan dövlət qulluğu vəzifəsi çıxarılıb.

"Dövlət qulluğu haqqında" qanuna uyğun olaraq, müvafiq dövlət orqanı üzrə müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanlarında inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (qeyd edilən şəxslərin inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olmalıdır), azı 5 il qulluq stajı olan inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Ümumi müsahibədə iştirak etmək istəyən vətəndaşlar 20 gün müddətində namizədliklərinin qeydə alınması üçün müvafiq sənədlərlə şəxsən (bazar ertəsi - cümə günləri, saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və ya poçt vasitəsilə Komissiyaya müraciət etməlidirlər.

Xəbər lenti

Xəbər lenti