...

Deputat Novruz Aslanov İsmayıllı RİH-in hesabat yığıncağında iştirak edib (FOTO)

Cəmiyyət Materials 18 İyul 2012 12:28 (UTC +04:00)
İyul ayının 17-də deputat Novruz Aslanov İsmayıllı Rayon İcra Hakimiyyətinin 2012-ci ilin 6 ayında görülən işlər barədə hesabat yığıncağında iştirak etmək məqsədilə İsmayıllı rayonuna növbəti səfərini edib.
Deputat Novruz Aslanov İsmayıllı RİH-in hesabat yığıncağında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 18 iyul /Trend/

İyul ayının 17-də deputat Novruz Aslanov İsmayıllı Rayon İcra Hakimiyyətinin 2012-ci ilin 6 ayında görülən işlər barədə hesabat yığıncağında iştirak etmək məqsədilə İsmayıllı rayonuna növbəti səfərini edib.

Yığıncaqda İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov bildirib ki, 2012-ci ildə də rayonun infrastrukturunun yenilənməsində kifəyət qədər işlər görülüb, bir çox kəndlər təbii qaz və su ilə təchiz edilib, elektrik enerjisinin davamlı verilməsi üçün işlər davam etdirilir və bundan sonra da bu işlər davamlı olaraq yerinə yetirilməsi üçün lazımi addımlar atılacaqdır. Yerli hökumət strukturlarının da nümayəndələri çıxış edərək rayonda müxtəlif sahələrdə həyata keçirilən tədbirlərdən danışıblar.

Qarşıda duran işlər barədə də müzakirələr aparılıb və rayon rəhbərliyi tərəfindən müvafiq tapşırıq və tövsiyələr verilib.

Milli Məclisin deputatı Aslanov öz çıxışında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının yerlərdə icrasının uğurla aparılmasından söhbət açıb və vətəndaşların rifah halının yaxşılaşdırılması üçün qanunvericilik aktlarına müvafiq əlavə və dəyişikliklərin edilməsi barədə məlumat verib.

Hesabat dövrü ərzində rayon sakinləri tərəfindən ünvanına daxil olmuş ərizələrdə qaldırılmış məsələlərin 60%-dən çoxunun icra edildiyini yığıncaq iştirakçılarına bildirərək, bundan sonra da hər bir məsələyə diqqətlə yanaşaraq lazımi addımların atılacağını nəzərə çatdırıb.

Xəbər lenti

Xəbər lenti