...

Azərbaycan sürücülərinin nəzərinə

Cəmiyyət Materials 1 Avqust 2012 11:19 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, avqustun 1-dən İdarə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə atmosfer havasının çirklənməsinin qarşısını almaq məqsədilə "Təmiz hava" aylığına başlayıb.
Azərbaycan sürücülərinin nəzərinə

Azərbaycan, Bakı, 1 avqust / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda "Təmiz hava" aylığına start verilib.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, avqustun 1-dən İdarə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə atmosfer havasının çirklənməsinin qarşısını almaq məqsədilə "Təmiz hava" aylığına başlayıb.

Aylıq çərçivəsində respublikanın bütün böyük şəhər və rayonlarında nəqliyyat vasitələrindən atmosferə buraxılan dəm qazının normaya uyğun olub-olmaması yoxlanılacaq.

Atmosfer havasının çirkləndirilməsi inzibati məsuliyyət yaradır və İnzibati Xətalar Məcəlləsinin 155.2.1-ci maddəsi ilə nəqliyyat vasitəsini idarə edən şəxs 30 manat cərimə edilir.

Məcəllənin 80.2-ci maddəsinə görə isə, ətraf mühitə tullantılarında müəyyən edilmiş normadan artıq çirkləndirici maddə olan nəqliyyat vasitəsinin istismara buraxılmasına görə fiziki şəxslər üçün 500-1000, hüquqi şəxslər üçün 7500-10000, vəzifəli şəxslər üçün 2500-3500 manat məbləğində cərimə nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti