...

Bakıda yeni yol ötürücüsünün bir tərəfinin tikintisi başa çatıb (FOTO)

Cəmiyyət Materials 7 Avqust 2012 15:30 (UTC +04:00)
Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində yol ötürücüsünün bir tərəfinin tikintisi başa çatıb.
Bakıda yeni yol ötürücüsünün bir tərəfinin tikintisi başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində yol ötürücüsünün bir tərəfinin tikintisi başa çatıb.

Trend-in "Azəryolservis" ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, uzunluğu 600 metr, eni 28,5 metr nəzərdə tutulan yol ötürücüsü 6 hərəkət zolağından və 11 dayaqdan ibarət olacaq.

Yanaşma yolları 272 metr təşkil edəcək yol ötürücüsünün Böyük Şor istiqamətində olan bir tərəfi və istinad divarlarının tikintisi başa çatdırılıb.

Hazırda əks istiqamətdə svay-qazma işləri yekunlaşıb, iki kənar dayağın hər ikisi betonlanıb. Kommunikasiya xətlərinin köçürülməsinə gəldikdə isə, ərazidə olan elektrik xətləri köçürülüb, su, kanalizasiya və rabitə xətlərinin köçürülməsi işləri davam etdirilir.

İnşasına 2011-ci ildə start verilən layihənin 2012-ci ildə başa çatdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti