...

Sabahdan Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti hökm sürəcək

Cəmiyyət Materials 29 Avqust 2012 12:35 (UTC +04:00)
Avqustun 30-31-də Azərbaycan ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir şimal-qərb küləyinin güclənəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bu barədə çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib
Sabahdan Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti hökm sürəcək

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İ.İsabalayeva/

Avqustun 30-31-də Azərbaycan ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir şimal-qərb küləyinin güclənəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bu barədə çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 30-da hava şəraitinin əsasən dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclü olacaq.

Havanın temperaturu gecə 20-24, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 30-da əsasən gecə və axşam dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti