...

Bakıda sərnişin qatarı ilə sərnişin avtobusunun toqquşması nəticəsində yaralananlardan 9-u xəstəxanadan evə buraxılıb

Cəmiyyət Materials 3 Sentyabr 2012 10:07 (UTC +04:00)
Bakının Qaradağ rayonunda avqustun 31-də səhər saatlarında sərnişin avtobusu ilə sərnişin qatarının toqquşması nəticəsində yaralanaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilən xəstələrdən ümumilikdə 9-u artıq evə buraxılıb.
Bakıda sərnişin qatarı ilə sərnişin avtobusunun toqquşması nəticəsində yaralananlardan 9-u xəstəxanadan evə buraxılıb

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Bakının Qaradağ rayonunda avqustun 31-də səhər saatlarında sərnişin avtobusu ilə sərnişin qatarının toqquşması nəticəsində yaralanaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilən xəstələrdən ümumilikdə 9-u artıq evə buraxılıb. Bunu bazaar ertəsi Trend-ə mərkəzin baş həkimi Tərlan Bəbirov deyib.

Onun sözlərinə görə, hazırda Mərkəzdə 19 xəstə müalicə olunur. Onlardan altısının vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə nəticəsində ümumilikdə 54 nəfər xəsarət alıb. Onlardan 6-sı dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti