...

"İsmayıllı ili" keçirilib (FOTO)

Cəmiyyət Materials 3 Sentyabr 2012 16:23 (UTC +04:00)
Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonunun yaranması münasibətilə keçirilən tədbirdə iştirak etmək məqsədilə İsmayıllı rayonuna səfər edib.
"İsmayıllı ili" keçirilib (FOTO)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonunun yaranması münasibətilə keçirilən tədbirdə iştirak etmək məqsədilə İsmayıllı rayonuna səfər edib.

Trend-in məlumatına görə, tədbir rayonun mərkəzində açıq havada təşkil olunub. Millət vəkili Novruz Aslanov, Rayon İcra Hakimiyyətinin başçısı və yerli hökumət strukturlarının rəhbərləri ilə yanaşı, tədbirdə Təhsil Nazirliyinin nümayəndəsi, Rusiya səfiri, Yaponiya səfiri, Belarus və Litvadan gələn qonaqlar da iştirak ediblər.

Çoxsaylı rayon sakinlərinin maraqla izlədiyi tədbirdə çıxış edən Novruz Aslanov son illərdə Azərbaycanın bölgələrində gedən inkişafdan söhbət açıb. Həmçinin, İsmayıllı rayonunda aparılan abadlıq işləri və həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb. Ölkənin sosial-iqtisadi inkişafının təzahürü kimi şəhər və rayonlardakı yenilikləri iştirakçıların diqqətinə çatdırıb. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, xarici qonaqlar, yerli fəallar və digərləri də çıxış ediblər.

Tədbirin özəlliklərindən biri də dövlət başçısı İlham Əliyevin sərəncamı ilə 4 nəfərin "Tərəqqi" medalı ilə təltif edilməsi, eyni zamanda, ali məktədlərə qəbul imtahanlarında 600 baldan yüksək bal toplamış 11 nəfər tələbəyə deputatın verdiyi hədiyyələr olub. Qeyd edək ki, həmin 11 nəfər tələbəyə Rayon İcra Hakimiyyətinin başçısı da öz hədiyyələrini təqdim edib.

Xəbər lenti

Xəbər lenti