...

Təhsil Nazirliyinin idman məktəblərinin yetirmələri ötən tədris ilində 315 qızıl medal qazanıblar

Cəmiyyət Materials 11 Sentyabr 2012 11:03 (UTC +04:00)
Təhsil Nazirliyinin tabeliyində olan idman məktəblərinin yetirmələri 2011-2012-ci dərs ilində respublika yarışlarında 315-i qızıl, 235-i gümüş, 1121-i bürünc olmaqla, ümumilikdə 1671 medal qazanıblar.
Təhsil Nazirliyinin idman məktəblərinin yetirmələri ötən tədris ilində 315 qızıl medal qazanıblar

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyinin tabeliyində olan idman məktəblərinin yetirmələri 2011-2012-ci dərs ilində respublika yarışlarında 315-i qızıl, 235-i gümüş, 1121-i bürünc olmaqla, ümumilikdə 1671 medal qazanıblar.

Təhsil Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, idman məktəblərinin yetirmələri milli yığma komandaların tərkibində Avropa, dünya birinciliklərində və beynəlxalq turnirlərdə 62 qızıl, 47 gümüş, 92 bürünc medal əldə ediblər.

Ölkə üzrə fəaliyyət göstərən 375 məktəbdənkənar təhsil müəssisəsində maraq və qabiliyyətlərinə uyğun olaraq 226 537 şagird müxtəlif dərnəklərə cəlb olunub.

2012-2013-cü dərs ilində 379 məktəbin II sinfində, 75 məktəbin III sinfində şahmat fənni tədris ediləcək. Bununla əlaqədar müvafiq proqram, dərs vəsaiti, o cümlədən elektron tədris resursları hazırlanaraq məktəblərə çatdırılıb.

Xəbər lenti

Xəbər lenti