...

Bakının Neftçilər prospektinin qalan hissəsi yaxın günlərdə istifadəyə veriləcək (FOTO)

Cəmiyyət Materials 11 Sentyabr 2012 15:35 (UTC +04:00)
Bakının Neftçilər prospektinin 1,3 km-lik hissəsi yaxın günlərdə istifadəyə veriləcək.
Bakının Neftçilər prospektinin qalan hissəsi yaxın günlərdə istifadəyə veriləcək (FOTO)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Bakının Neftçilər prospektinin 1,3 km-lik hissəsi yaxın günlərdə istifadəyə veriləcək.

Trend-in "Azəryolservis" ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Neftçilər prospektinin Dəniz Vağzalının qarşısından Yusif Səfərov küçəsinədək olan hissəsində işlər sürətlə davam etdirilir. 1,3 km-lik hissənin artıq 800 metrinə üç laydan ibarət asfalt-beton örtük döşənib. Hazırda 500 m-lik hissədə düzləndirici qatın vurulması işləri həyata keçirilir.

Hava şəraiti normal keçərsə, yaxın bir neçə gündə işlər başa çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti