...

Azərbaycanda cəzaçəkmə müəssisəsinə şirniyyatın içərisində narkotik vasitə keçirmək cəhdinin qarşısı alınıb (FOTO)

Cəmiyyət Materials 11 Sentyabr 2012 20:58 (UTC +04:00)
Penitensiar Xidmətin və 2 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Azərbaycanda cəzaçəkmə müəssisəsinə şirniyyatın içərisində narkotik vasitə keçirmək cəhdinin qarşısı alınıb (FOTO)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Penitensiar Xidmətin və 2 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 11.09.2012-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1991-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Qərib Qəhrəman oğlu Əliyevə vətəndaş Cəlal Əbdüləli oğlu Cəfərovun gətirdiyi sovqata baxış keçirilən zaman keks şirniyyat məmulatının içərisindən ümumi xalis çəkisi 13,458 qram narkotik vasitə olan "Tiryək" aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti