...

Farsdilli ölkələrin yeni televiziya kanalı fəaliyyətə başlayacaq

Cəmiyyət Materials 19 Sentyabr 2012 10:14 (UTC +04:00)
Tacikistan Dövlət Radio və Televiziya Komitəsinin binası yaxınlığında İran, Əfqanıstan və Tacikistanın müştərək kanalının fəaliyyəti üçün yeni bina tikilib.
Farsdilli ölkələrin yeni televiziya kanalı fəaliyyətə başlayacaq

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir T.Cəfərov/

Tacikistan Dövlət Radio və Televiziya Komitəsinin binası yaxınlığında İran, Əfqanıstan və Tacikistanın müştərək kanalının fəaliyyəti üçün yeni bina tikilib. "Novruz" adlanacaq yeni televiziya kanalının sınaq yayımına yaxın günlərdə başlanacaq. Bunu İranın Tacikistandakı səfiri Əli Əsğər Şerdust deyib. Trend-in məlumatına görə, bu barədə Mehr agentliyi xəbər verir.

O, bildirib ki, İranın tikdiyi binada eyni zamanda proqramların hazırlanması üçün studiyalar yerləşir.

"Hazırda Almaniya və Hollandiyadan alınmış avadanlıqlar quraşdırılır. Avadanlıqlar quraşdırıldıqdan sonra televizyanın sınaq yayımına başlanacaq", - Şerdust qeyd edib.

Onun sözlərinə görə, farsdilli televiziya gün ərzində hər bir ölkə üçün (İran, Tacikistan və Əfqanıstan) 8 saatlıq verilişlər yayımlayacaq.

İran, Əfqanıstan və Tacikistan müştərək farsdilli televiziyanın yaradılması ilə bağlı razılığa 2007-ci ildə gəliblər. Üç ölkənin prezidentləri bu televiziyanın ofisinin Tacikistanın Düşənbə şəhərində tikilməsi məsələsində razılaşmışdılar.

Xəbər lenti

Xəbər lenti