...

Azərbaycanda yağıntılar sürüşmə sahələrində aktivləşməyə təsir edib?

Cəmiyyət Materials 25 Sentyabr 2012 16:07 (UTC +04:00)
Azərbaycanda sürüşmə sahələrində tam aktivlik yaz qabağı və yazda olur. Bunu çərşənbə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov deyib.
Azərbaycanda yağıntılar sürüşmə sahələrində aktivləşməyə təsir edib?

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda sürüşmə sahələrində tam aktivlik yaz qabağı və yazda olur. Bunu çərşənbə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov deyib.

Onun sözlərinə görə, payızın gəlişi bəzi sürüşmə ərazilərində problemlərin yaranmasına gətirib çıxara bilər. Amma payız aylarında sürüşmə sahələri o qədər aktiv olmur.

"Payızda sürüşmə sahələrində aktivləşmə olsa da, bu, yaz qabağı sürüşmə sahələrində olan aktivləşmədən zəif olur. Yaz qabağı və yazda sürüşmə sahələri tam aktiv olur", - Qaralov əlavə edib.

O deyib ki, əsasən, fevral-mart aylarında Abşerondakı, mart-aprel-may aylarında isə digər ərazilərdəki sürüşmə sahələrində aktivləşmə başlayır.

Qaralov hazırda ölkədəki sürüşmə sahələrində ciddi dəyişikliyin olmadığını da deyib.

Onun sözlərinə görə, ötən həftənin sonunda yağan yağışlarla əlaqədar Şamaxı-İsmayıllı ərazilərindəki sürüşmə sahələrində cüzi dəyişiklik var.

"Amma bunu bütün sürüşmə ərazilərinə aid etmək olmaz. Digər sürüşmə sahələrində, eləcə də Bakıda, Bayıl yamacındakı sürüşmə sahəsində vəziyyət stabildir. Bayıl yamacındakı çatlar mövcud çatlardır. Orada yeni çatlar yaranmayıb və çatlarda hər hansı dəyişiklik də nazirliyin mütəxəssisləri tərəfindən qeydə alınmayıb", - ETSN rəsmisi bildirib.

Xəbər lenti

Xəbər lenti