...

Şamaxı-Padar avtomobil yolu yenidən qurulur (FOTO)

Cəmiyyət Materials 2 Oktyabr 2012 11:32 (UTC +04:00)
Trend-in "Azəryolservis" ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 121-ci km-dən başlayan yolun 28 km hissəsi asfalt-beton, qalan 25 km hissəsi isə qara örtüklüdür.
Şamaxı-Padar avtomobil yolu yenidən qurulur (FOTO)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Şamaxı-Padar avtomobil yolu yenidən qurulur.

Trend-in "Azəryolservis" ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 121-ci km-dən başlayan yolun 28 km hissəsi asfalt-beton, qalan 25 km hissəsi isə qara örtüklüdür.

80 faizdən çox hissəsi istismara yararsız vəziyyətdə olan 53 km-lik hissədə əksər yerlərdə torpaq yatağı aşınmaya məruz qalıb, yol geyimində çoxlu sayda sınmalar, çalalar, çökmələr yaranıb. Yol boyu 1ədəd körpü, Bakı-Tbilisi dəmir yolu xətti üzərində yol ötürücüsü və 42 ədəd suötürücü boru vardır.

3-cü texniki dərəcəyə uyğun yenidən qurulması davam etdirilən yolda artıq 10 km hissəyə üçqat asfalt-beton örtük salınıb, 27 km məsafədə isə yolun əsasının tikintisi başa çatdırılıb.

Qeyd edək ki, bu yol Bakı-Qazax-Gürcüstan sərhədi və Bakı-Şamaxı-Yevlax avtomobil yollarını respublikanın cənub, cənub-qərb rayonları ilə əlaqələndirir.

Xəbər lenti

Xəbər lenti