...

Azərbaycanda distant təhsillə bağlı qanunvericiliyə dəyişiklik gözlənilir

Cəmiyyət Materials 5 Oktyabr 2012 13:53 (UTC +04:00)
Azərbaycanda "Ali təhsil haqqında" qanun layihəsinə distant (məsafədən) təhsillə bağlı maddə salına bilər.
Azərbaycanda distant təhsillə bağlı qanunvericiliyə dəyişiklik gözlənilir

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda "Ali təhsil haqqında" qanun layihəsinə distant (məsafədən) təhsillə bağlı maddə salına bilər. Bunu cümə günü Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asəf Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda hazırda distant təhsilin təşkili ilə əlaqədar müəyyən işlər görülür. Amma hələlik "Distant təhsil haqqında" ayrıca qanun layihəsinin hazırlanması gündəmdə deyil.

Hacıyev bildirib ki, Azərbaycanda bütün ali məktəblər distant formada təhsili təşkil edə bilərlər.

Qeyd edək ki, "Ali təhsil haqqında" qanun layihəsinin hazırlanması artıq başa çatmaq üzrədir. Layihənin Milli Məclisin payız sessiyası müddətində müzakirəyə çıxarılması nəzərdə tutulub.

"Təhsil haqqında" qanuna görə, Azərbaycanda təhsil almanın dörd forması var. Onlar əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsil formalarıdır.

Xəbər lenti

Xəbər lenti