...

ATGTİ Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Forumunda təmsil olunacaq

Cəmiyyət Materials 10 Oktyabr 2012 09:53 (UTC +04:00)
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) Forumunda təmsil olunacaq.
ATGTİ Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Forumunda təmsil olunacaq

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) Forumunda təmsil olunacaq.

ATGTİ-dən Trend-ə verilən məlumata görə, oktyabrın 12-13-də keçiriləcək forumda Azərbaycanın ictimai-siyasi sahəsini, QHT və digər stukturlarını təmsil edən gənclər və hər iki ölkənin dövlət rəsmiləri iştirak edəcəklər.

"Sosial media və gənclik" sahəsi üzrə keçiriləcək panel iclaslara qatılacaq ATGTİ nümayəndəsi, ölkəmizdə sosial media sahəsinin inkişafında gənclərin rolu haqda danışacaq, digər gənc jurnalistlər və mətbuat nümayəndələri ilə təcrübə mübadiləsi həyata keçirərək, ATGTİ-nin fəaliyyətinin yerli və beynəlxalq KİV-lərdə işıqlandırılması barədə məlumat verəcək.

Forum çərçivəsində gənclər siyasətinin müxtəlif aspektləri müzakirə olunacaq, Rusiyanın ali təhsil müəssisələrinin tələbələri ilə görüşlər keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti