Azərbaycan, Bakı, 10 oktaybr /Trend, müxbir R.Hafizoğlu/
İsrail Eylat şəhəri yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Əl-Cəzirə" telekanalı xəbər verib.
Telekanalın məlumatına görə, təlimlərin məqsədi Suriyaya və "Taliban" hərəkatının dəstələrinə qarşı hərbi əməliyyatlara hazırlıqdır. Bundan başqa, təlimlər İsrailin İranın nüvə obyektlərinə zərbə endirəcəyi halda ordunun bir deyil, iki cəbhədə hərbi əməliyyatların aparılmasına hazırlığını aşkara çıxarmalıdır.
Bir müddət əvvəl, sentyabrın 19-da İsrail Suriyanın işğal olunmuş Qolan yüksəkliklərində hərbi təlimlər keçirib.