...

DQMK sədri dövlət qulluğuna qəbul olmaq istəyən yeni məzun olmuş namizədlərin dil biliklərindən narazıdır

Cəmiyyət Materials 10 Oktyabr 2012 10:40 (UTC +04:00)
Trend-in məlumatına görə, bunu çərşənbə günü Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının sədri Bəhram Xəlilov jurnalistlərə deyib
DQMK sədri dövlət qulluğuna qəbul olmaq istəyən yeni məzun olmuş namizədlərin dil biliklərindən narazıdır

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir M.Əliyev/

Ötən il ali təhsil müəssisələrini bitirənlərin dil bilikləri, xüsusilə də Azərbaycan dilində yazmaq qabiliyyəti çox aşağı idi. Trend-in məlumatına görə, bunu çərşənbə günü Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov jurnalistlərə deyib.

Onun sözlərinə görə, bu səbəbdən son bir ildə dövlət qulluğuna vəzifə tutmaq üçün keçirilən test imtahanlarında namizədlərin Azərbaycan dili üzrə biliklərini müəyyənləşdirmək üçün suallar daxil edilir.

Eyni zamanda, Xəlilov bildirib ki, dövlət qulluğunda vəzifə tutan hər bir şəxsin dil biliklərinə görə işdən azad edilməsinə fərdi qaydada yanaşmaq lazımdır. "Onların dövlət qulluğuna xitam verilməsi qanunvericiliyə uyğun olmalıdır", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti