...

Qurban Yetirmişli: Şamaxı-İsmayılı bölgəsində seysmoloji aktivlik gərgin olaraq qalır

Cəmiyyət Materials 10 Oktyabr 2012 15:41 (UTC +04:00)
Azərbaycanda seysmoloji bölgələrdən ən aktivi Şamaxı-İsmayıllı zonasıdır. Trend-in məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ölkədə baş verən son seysmik proseslərlə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
Qurban Yetirmişli: Şamaxı-İsmayılı bölgəsində seysmoloji aktivlik gərgin olaraq qalır

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda seysmoloji bölgələrdən ən aktivi Şamaxı-İsmayıllı zonasıdır. Trend-in məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ölkədə baş verən son seysmik proseslərlə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Şamaxı-İsmayılı bölgəsində güclü təkanın olması ətrafda olan zəlzələ ocaqlarını oyatmaq imkanına malikdir.

"Bu zona gərgin olaraq qalır. Oktyabrın 7-də baş verən zəlzələ zəif deyildi. 40 km dərinlikdə olduğuna görə bu zəlzələ əksər rayonlarda hiss olunsa da, dağıntı yaratmadı. Müqayisə üçün deyim ki, Zaqatalada baş verən zəlzələ elə təxminən bu gücdə - 5,6-5,7 maqnitudada olmuşdu. Ancaq dərinliyi 8-10 km olduğundan dağıntı yaratdı", - Yetirmişli deyib.

O qeyd edib ki, dünən Şamaxıda, bu gecə isə Mingəçevirdə baş verən zəlzələlərin olması təbiidir. Çünki zona gərgindir və aktivlik davam edir. Bu təkanlardan sonra qırılmalar boyunca təkanlar olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti