...

Azərbaycanda erkən nikahların 61 faizi kənd yerlərində qeydə alınır

Cəmiyyət Materials 11 Oktyabr 2012 15:08 (UTC +04:00)
Azərbaycanda erkən nikah faktlarının 39 faizi şəhər, 61 faizi isə kənd yerlərində qeydə alınır.
Azərbaycanda erkən nikahların 61 faizi kənd yerlərində qeydə alınır

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda erkən nikah faktlarının 39 faizi şəhər, 61 faizi isə kənd yerlərində qeydə alınır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, erkən nikahların yayılmasına əsasən mədəni, sosial, psixoloji amillər təkan verir.

Komitənin məlumatına görə, erkən nikaha daxil olan qızların valideynlərinin sosial tərkibi araşdırılarkən məlum olub ki, bu qızların 31,9 faizinin atası kənd təsərrüfatı işçisi, 17 faizi fəhlə, 10 faizə yaxını nəqliyyat işçisi, qızların 53,7 faizinin anası evdar qadın, 18 faizə yaxını kənd təsərrüfatı işçisidir.

Həmin qızlarla nikaha girən kişilərin isə 21 faizi kənd təsərrüfatı, 14 faizi ticarət, 10 faizi nəqliyyat sektorunda çalışır, 13 faizi fəhlə, 7 faizi işsizdir.

Erkən nikahlar körpə və ana ölümü faktlarının, boşanmaların artması, qızların təhsil imkanlarının azaldılması, qızların cəmiyyətdən təcrid olunması və onların fiziki və cinsi zorakılığa məruz qalması kimi fəsadlar yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti