...

Azərbaycanda biznes liderlərin hazırlanması üçün yarışma keçiriləcək

Cəmiyyət Materials 11 Oktyabr 2012 15:23 (UTC +04:00)
ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA) Azərbaycan Biznes Keys yarışması 2012 (ABCC 2012) üçün ərizə qəbulu elan edir.
Azərbaycanda biznes liderlərin hazırlanması üçün yarışma keçiriləcək

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA) Azərbaycan Biznes Keys yarışması 2012 (ABCC 2012) üçün ərizə qəbulu elan edir.

AAA-dan Trend-ə verilən məlumata görə, bu yarışma tələbələrə özlərini Azərbaycanın gələcək biznes liderləri kimi hazırlamaq üçün verilən bir imkandır. Qaliblərə dəyərli sponsorlardan təqaüdlər və qiymətli hədiyyələr veriləcək.

ABCC-in tarixi 2002-ci illərə təsadüf edir: Azərbaycandakı biznes keys analizinin çatışmazlığını müşahidə edən MBA Enterprise Corps Könüllüləri bu layihəni başladılar. O vaxtdan AAA bu layihəni idarə və təşkil etmək hüququ qazandı. İndiyənə qədər bu layihədə, 500-dən çox istedadlı tələbələr iştirak edib.

AAA 2011-ci ilin sentyabr-oktyabr ayları ərzində Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını təmsil edən 23 komandanın iştirak etdiyi yarışmanı təşkil edib.

Builki layihə aşağıdakı biznes şirkətləri tərəfindən maliyyə dəstəyi alır: PASHA Bank, BP, Procter&Gamble, Zqan Holding, Statoil və Coca-Cola. Akademik sponsor Azərbaycan Diplomatik Akademiyasıdır.

Yarışmada iştirak etmək üçün iştirakçılardan mövzu başlığında "ABCC 2012 Application" yazaraq seçki komitəsinə [email protected] adresiylə məktub göndərməsi tələb olunur. Məktubda sadalanan məlumatlar olmalıdır: universitetin adı, bütün komanda üzvlərinin adları, hər bir komanda üzvünün elektron poçt adresləri və mobil nömrələri.

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA) Azərbaycanda Dövlət Departamentinin təhsil mübadilə proqramlarının məzunlarını birləşdirən qeyri-hökumət təşkilatıdır. AAA 2003-cü ilin oktyabrında bir qrup azərbaycanlı məzunun bütün məzunları bir yerdə toplamaq və inkişaf edən Azərbaycana öz bilik və bacarıqlarını istifadə edərək kömək etmək məqsədilə yaradılıb..

Birliyi Dövlət Departamentinin və USAİD tərəfindən maliyyələşdirilən müxtəlif mübadilə proqramlarını təmsil edən 13 məzundan ibarət idarə heyəti idarə edir. Bugünə qədər AAA bir çox layihələr həyata keçirib.

Trend BİA layihənin informasiya dəstəyidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti