...

FHK sədri: Zəlzələ Balakəndə tədrisin təşkilinə təsir göstərməyib

Cəmiyyət Materials 17 Oktyabr 2012 11:47 (UTC +04:00)
Balakəndə baş vermiş zəlzələ rayonun orta məktəblərində tədrisin təşkilinə təsir göstərməyib.
FHK sədri: Zəlzələ Balakəndə tədrisin təşkilinə təsir göstərməyib

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Balakəndə baş vermiş zəlzələ rayonun orta məktəblərində tədrisin təşkilinə təsir göstərməyib.

Balakən rayon İcra Hakimiyyəti başçısının I müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Azad Balayev çərşənbə günü Trend-ə deyib ki, hazırda orta məktəblərdə tədris davam edir. Onun sözlərinə görə, dərslər məktəb binalarının çat olmayan siniflərində keçirilir.

Balayev deyib ki, müvafiq komissiyalar rayon kəndlərindəki evlərə baxış keçirirlər. Bu işlərə əlavə mütəxəssislər də cəlb edilib. Mütəxəssislərin rəyindən sonra zərər dəyən evlərin sayı barədə məlumat vermək mümkün olacaq.

Qeyd edək ki, Balakəndə baş verən zəlzələ nəticəsində 360-dan çox evə ciddi, 50-dən çox sosial obyektə müxtəlif dərəcəli ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti