...

"Hürriyyət" qəzeti Mikayıl Cabbarova qarşı faktların saxtalaşdırılması barədə təkzib dərc edib

Cəmiyyət Materials 20 Oktyabr 2012 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Türkiyənin "Hürriyyət" qəzetində Azərbaycan Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix və Memarlıq Qoruğunun müdiri Mikayıl Cabbarov haqqında böhtan dolu yazının dərc edilməsi işi üzrə Cabbarovun xeyrinə məhkəmə hokum çıxarılıb.

"Hürriyyət" qəzetinin mənim məktubumun dərcindən imtina etməsindən sonar məhkəməyə müraciət etməkdən başqa heç bir seçimim qalmadı", - şənbə günü Cabbarov Day.Az portalına deyib.

Qəzetin təkzibin dərcindən imtina etməsindən sonra Cabbarov "Hürriyyət" qəzetinə və məqalə müəllifinə qarşı şərəf və ləyaqətini, iş reputasiyasını qorumaq üçün Türkiyədə məhkəmə prosesinə təşəbbüs göstərib.

Lakin 2012-ci il oktyabrın 20-də məhkəmənin qərarından sonra jurnalist Fatih Çekirgenin adıçəkilən qəzetin cari il 13 və 14 avqust nömrələrində (http://www.hurriyet.com.tr/yazarlar/21739597.asp) dərc olunmuş "Sen menim kim olduğumu bilir misen?" və "İşte o mühim gişi" başlıqları altında yalan və böhtan dolu məlumatla bağlı təkzibi çıxıb.

Cabbarov təsdiq edib ki, bu qərara uyğun olaraq, "Hürriyyət" qəzeti böhtan dolu məqaləni neçə dəfə (2 dəfə) dərc etmişdisə, təkzibi də elə həmin səhifədə, həminki şrift və həminki sütunda bir o qədər çap etməyə məcbur edilib. Bu son qərardır və ona xitam verilə bilməz.

Məhkəmə prosesində uduzmasına baxmayaraq, Çekirge təkzibdən sonra dərc etdirdiyi şərhlərində məhkəmənin qərarından narazılığını bildirib və "Türk Hava Yolları"nın məhkəməyə insidentlə bağlı daxili hesabat təqdim etmədiyini qeyd edib.

Lakin məlum olduğu kimi hələ çərşənbə axşamı, 2012-ci il oktyabrın 16-da "Türk Hava Yolları" insidentin baş verdiyi üzrxahlıq məktubu göndərib. Bu məktub Cabbarovun təyyarədəki insidentin reysin sərnişinlərindən biri ilə baş verdiyi barədə açıq məktubundakı məlumatı təsdiqləyir.

"Biz 2012-ci il avqustun 18-də Sizin məlumatınızı aldıq. Birincisi, gec cavabımıza görə üzr istəyirik. Müştərilərin məmnunluğu "Türk Hava Yolları" üçün prioritetlərdən biridir. Buna görə biz Sizə məlumat vermək istəyirik ki, "Türk Hava Yolları"nın bütün personalı, xüsusən stüardessalar davranış və ünsiyyət, qabiliyyət, diksiya, jestlər və uçuşlar vaxtı təhlükəsizlik texnikası üzrə öz bacarıqlarını yaxşılaşdırmaq üçün daim təlimlər keçirlər", - Türkiyə aviaşirkətinin məktubunda deyilir.

"Biz, həmçinin Sizə məlumat vermək istəyirik ki, stüardessalar sərnişinləri biznes-klass salonuna keçirmək hüququna malik deyil. Müvafiq departamentdə olan məlumata görə, sizin qohumlarınız öz biletlərini biznes-klassa dəyişiblər. Buna görə personal Sizə biznes-klassa keçidin qaydalarını izah etməli idi. Bununla əlaqədar olaraq, şirkətin göstərilən departamentinə izah edilib ki, onlar aviaşirkətin qaydalarının izahı zamanı daha çox məsuliyyət daşımalıdırlar", - müştərilərlə iş üzrə bölmənin məktubunda qeyd edilir.

Aviaşirkət şikayətə səbəb olan hadisə ilə əlaqədar təəssüfünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti