...

Zəlzələdən sonra Zaqataladakı bağçaların bir hissəsi fəaliyyətini bərpa edib

Cəmiyyət Materials 22 Oktyabr 2012 16:50 (UTC +04:00)
Oktyabrın 14-də baş vermiş zəlzələdən sonra Zaqatala rayonundakı bağçaların bir hissəsi fəaliyyətini bərpa edib.
Zəlzələdən sonra Zaqataladakı bağçaların bir hissəsi fəaliyyətini bərpa edib

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Oktyabrın 14-də baş vermiş zəlzələdən sonra Zaqatala rayonundakı bağçaların bir hissəsi fəaliyyətini bərpa edib.

Zaqatala rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Elman Ramazanov bazar ertəsi Trend-ə bildirib ki, Zaqatala şəhərindəki 5, 6, 11 və 12 saylı bağçalar hazırda fəaliyyət göstərmirlər. Artıq rayon icra hakimiyyəti 5 saylı bağçanın əsaslı təmirinə başlayıb.

Ramazanov deyib ki, 6, 11 və 12 saylı bağçalar qəzalı hesab edilib. Ancaq Fövqəladə Hallar Nazirliyinin komissiyası bu bağçalara yenidən baxış keçirdikdən sonra onların qəzalı hesab edilib-edilməyəcəyini müəyyənləşdirəcək.

Komissiya sədri bildirib ki, rayonun 2 kənd bağçasından başqa qalan bağçalar da hazırda fəaliyyətsizdir. O, yaxın günlərdə mütəxəssislər tərəfindən bağçalara baxış keçiriləcəyini və yalnız bundan sonra bu müəssisələrlə bağlı da rəyin açıqlanacağını söyləyib.

Ramazanov deyib ki, oktyabrın 14-də baş vermiş zəlzələdən sonra qəzalı vəziyyətə düşmüş məktəblərin hamısında tədris tam bərpa olunub. Rayonda yalnız qəzalı vəziyyətə düşmüş bir məktəbdə tədris qismən bərpa olunub.

Ramazanov deyib ki, əhali tərəfindən 36 mindən çox fərdi evə baxış keçirilməsi üçün müraciət edilib. Həmin evlərə yalnız məktəbəqədər təhsil müəssisələrindən sonra baxış keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti