Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Bakı Şəhəri üzrə Təhsil İdarəsi orta məktəb şagirdləri üçün noyabrın 15-də "Bilik yarışı" keçirəcək.
İdarədən cümə günü Trend-ə verilən məlumata görə, "Bilik yarışı" Azərbaycan prezidentinin "Xüsusi istedada malik uşaqların, gənclərin yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006 - 200 - cu illər)"nda nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar keçiriləcək.
"Bilik yarışı"nın məqsədi istedadlı şagirdləri aşkar etmək, onların istedadlarının inkişaf etdirilməsi işini səmərəli təşkil etməkdir. Sözügedən yarış bu il də V - XI sinif şagirdləri arasında keçiriləcək və bütün fənləri əhatə edəcək.