...

Bakıda sağlamlıq turizmi üzrə I Beynəlxalq Konqres keçiriləcək

Cəmiyyət Materials 6 Noyabr 2012 16:26 (UTC +04:00)
Noyabrın 8-9-da Bakıda Türkiyə-Azərbaycan Sağlamlıq və Termal Turizmi üzrə I Beynəlxalq Konqres keçiriləcək.
Bakıda sağlamlıq turizmi üzrə I Beynəlxalq Konqres keçiriləcək

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Noyabrın 8-9-da Bakıda Türkiyə-Azərbaycan Sağlamlıq və Termal Turizmi üzrə I Beynəlxalq Konqres keçiriləcək.

Trend Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə istinadən məlumat verir ki, Azərbaycanda sağlamlıq turizminin imkanlarını, təbii üsulla müalicə ehtiyatlarının zənginliyini və bu növ turizmin inkişaf perspektivlərini əsas tutaraq qeyd olunan konfransda Türkiyə tərəfdən Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi təmsilçilərinin, bəzi valiliklərin, bələdiyyə qurumlarının, sağlamlıq və termal turizm müəssisələri nümayəndələrinin, Türk Hava Yolları və Türkiyənin Bakıdakı səfirliyinin təmsilçilərinin, həmçinin Azərbaycan tərəfdən Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Elmlər Akademiyasının, mövcud sanatoriya və kurortların və turizm şirkətlərinin nümayəndələrinin, eləcə də Azərbaycan Sahibkarlıq Konfederasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Turizm Assosiasiyası, turizm informasiya mərkəzləri və aparıcı media nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Azərbaycanda sağlamlıq turizminin geniş potensiala malik olmasını və prioritet turizm növü kimi imkanlarını nəzərə alaraq, bu tədbirin keçirilməsi iki ölkə arasında sağlamlıq turizmi üzrə qarşılıqlı təcrübə mübadiləsindən istifadə etməklə bu turizm növünün inkişaf etdirilməsinə və təbliğinə öz töhfəsini verəcək.

Konqres noyabrın 8-də, saat 09:30-da öz işinə başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti