...

Qənirə Paşayeva: İpoteka kreditlərinin həcminin artırılmasına böyük ehtiyac var

Cəmiyyət Materials 14 Noyabr 2012 14:40 (UTC +04:00)
Bu gün minlərlə ailə mənzil problemindən əziyyət çəkir. İpoteka kreditlərinin həcminin artırılmasına və şərtlərin yumşaldılmasına böyük ehtiyac var. Trend-in məlumatına görə, bunu millət vəkili Qənirə Paşayeva 2013-cü il üçün dövlət büdcəsinin müzakirələrində deyib.
Qənirə Paşayeva: İpoteka kreditlərinin həcminin artırılmasına böyük ehtiyac var

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Bu gün minlərlə ailə mənzil problemindən əziyyət çəkir. İpoteka kreditlərinin həcminin artırılmasına və şərtlərin yumşaldılmasına böyük ehtiyac var. Trend-in məlumatına görə, bunu millət vəkili Qənirə Paşayeva 2013-cü il üçün dövlət büdcəsinin müzakirələrində deyib.

İpoteka kreditlərinin həcminin çox az olduğunu vurğulayan Paşayeva ölkəmizin ipoteka kreditlərinin həcmini artırmaq üçün imkanları olduğunu qeyd edib.

"Nə qədər gənc ailələrdə mənzil məsələsinə görə problem yaranır. Jurnalistlər orta təbəqə sayılır, ancaq onlar belə ipoteka kreditlərinin alınmasında çətinlik çəkirlər. Bu insanlar heç nə istəmir, sadəcə, dövlətdən müvəqqəti borc istəyirlər. Hökumətin bu məsələyə aydınlıq gətirməsini istəyirəm. Nəzərə almalıyıq ki, yüzlərlə ailədə məhz mənzil problemi, ev problemi üzündən ciddi narazılıqlar, gərginliklər, problemlər yaranır. Biz bu ailələrin problemlərinə biganə qala bilmərik və onların səslərini, təkliflərini eşitməliyik. Bunun üçün ölkəmizin kifayət qədər imkanları da var", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti