...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə Türkiyə Qızıl Ay Cəmiyyəti arasında memorandum imzalanacaq

Cəmiyyət Materials 14 Noyabr 2012 15:11 (UTC +04:00)
AzQAC-dan Trend-ə verilən məlumta görə, Türkiyə Qızıl Ay Cəmiyyətinin sədri Əhməd Lütfi Akarın rəhbərlik etdiyi nümayəndə heyətinin noyabrın 14-də Azərbaycana səfəri başlayıb.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə Türkiyə Qızıl Ay Cəmiyyəti arasında memorandum imzalanacaq

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) ilə Türkiyə Qızıl Ay Cəmiyyəti arasında anlaşma memorandumu imzalanacaq.

AzQAC-dan Trend-ə verilən məlumta görə, Türkiyə Qızıl Ay Cəmiyyətinin sədri Əhməd Lütfi Akarın rəhbərlik etdiyi nümayəndə heyətinin noyabrın 14-də Azərbaycana səfəri başlayıb.

Noyabrın 17-dək davam edəcək səfər zamanı iki qurum arasında ikitərəfli əməkdaşlıq, tərəfdaşlıq əlaqələri, gələcək starteji xəttin müəyyən edilməsi və s. ətrafında müzakirələr aparılacaq və tərəflər arasında anlaşma memorandumu imzalanacaq.

Səfər çərçivəsində hər iki cəmiyyətin rəhbərləri arasında görüş, ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti