...

Gənclər üçün Krizis Xəttinə 25 mindən çox zəng daxil olub

Cəmiyyət Materials 14 Noyabr 2012 18:30 (UTC +04:00)
Yarandığı 2006-cı ildən etibarən Gənclər üçün Krizis Xəttinə (012) 510-66-36) 25 mindən artıq müraciət daxil olub.
Gənclər üçün Krizis Xəttinə 25 mindən çox zəng daxil olub

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Yarandığı 2006-cı ildən etibarən Gənclər üçün Krizis Xəttinə (012) 510-66-36) 25 mindən artıq müraciət daxil olub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, xidmət 14-29 yaş qrupu olan gənclərə xidmət göstərmək üçün yaradılıb. Psixoloji kömək almaq məqsədilə zəng edənlərin 80%-ini zərif cinsin nümayəndələri təşkil edir. Hər bir telefon danışığının orta müddəti 10-15 dəqiqə davam edir. Nadir hallarda isə 40-50 dəqiqə sürür.

Müraciətlərin əksər hissəsini şəxsi münasibətlər, təhsil, ailədə münaqişə, yaxın adamın itirilməsi, müalicəsi mümkün olmayan xəstəliklər, narkotik vasitələrdən və alkoqoldan istifadə, o cümlədən zorakılıq halları təşkil edir.

Bu xidmət daha aktiv problemləri aşkara çıxarmağa və onların həlli yollarının axtarılmasına şərait yaradır.

Xidmət pulsuz fəaliyyət göstərir və məxfilik qorunur. Xidmətdə işləmək üçün psixologiya üzrə mütəxəssislər seçilib. Həmin şəxslərə beynəlxalq mütəxəssislər tərəfindən treninqlər keçilib.

2006-ci ildən fəaliyyətə başlayan Gənclər üçün Krizis Xətti (012) 510-66-36) Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti