...

Azərbaycanda peşəkarlığı olmayanların restoranlarda çalışmasından narahatlıq ifadə olunur (FOTO)

Cəmiyyət Materials 16 Noyabr 2012 13:19 (UTC +04:00)
Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyası peşəkarlığı olmayan şəxslərin restoranlarda çalışmasından narahatlıq bildiriblər.
Azərbaycanda peşəkarlığı olmayanların restoranlarda çalışmasından narahatlıq ifadə olunur (FOTO)

Azərbaycan, Bakı, 16 noyabr / Trend müxbir M.Əliyev/

Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyası peşəkarlığı olmayan şəxslərin restoranlarda çalışmasından narahatlıq bildiriblər.

Trend-in məlumatına görə, iki qurumun birgə yaydığı məlumatda deyilir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən aparılan yoxlamaların nəticələri restoran biznesində, xüsusilə də toyxanalarda vəziyyətin yaxşı olmadığını göstərib.

"Qanundan kənar olaraq peşə təhsili, peşəkarlıq dərəcəsi almayan şəxslər restoranlarda aşpaz, qənnadçı kimi işə götürüldüyündən bu müəssisələrdə qidalanmaq qorxuludur", - məlumatda qeyd olunur.

Bildirilir ki, həmin restoranlarda nə xörək çeşidləri, menyular, nə xörək nüsxələri (reseptlər) heç bir peşəkar təşkilat tərəfindən təsdiq edilməyib, texnoloji kartlar yoxdur.

Eyni zamanda, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyası bu işlərdə lazımi köməklik göstərməyə hazır olduqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti