...

Azərbaycan Vyanada "Nifrət zəminində törədilmiş cinayətlər" üzrə milli əlaqələndiricilərin illik iclasında təmsil olunub

Cəmiyyət Materials 22 Noyabr 2012 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Avstriyanın Vyana şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Ofisinin (DTİHO) təşkilatçılığı ilə "Nifrət zəminində törədilmiş cinayətlər" üzrə milli əlaqələndiricilərin illik iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə DTİHO-nun nifrət zəminində törədilmiş cinayətlərə qarşı mübarizə sahəsində fəaliyyətinə dair hesabatı dinlənilib, milli əlaqələndiricilərin rolu müzakirə edilib.

Xorvatiyanın bu sahədə qabaqcıl təcrübəsi həmin ölkənin İnsan Haqları və Milli Azlıqlar Komitəsinin direktoru Branko Soçanak tərəfindən təqdim edilib.

Beynəlxalq təşkilatların, dövlət nümayəndələrinin, hökumətlərarası və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş növbəti iclasda nifrət zəminində törədilmiş cinayətlərlə mübarizə sahəsində təcrübə mübadiləsi aparılıb, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Tədbirdə Azərbaycan prokurorluğunu Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Erkin Əlixanov təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti