...

İstirahət günü Azərbaycanda gəzinti havası olacaq

Cəmiyyət Materials 1 Dekabr 2012 14:01 (UTC +04:00)
Sabah Azərbaycan ərazisində hava şəraiti sabit və yağmursuz olacaq.
İstirahət günü Azərbaycanda gəzinti havası olacaq

Azərbaycan, Bakı, 1 dekabr /Trend. müxbir İ.İsabalayeva/

Sabah Azərbaycan ərazisində hava şəraiti sabit və yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər və axşam yarımadanın bəzi yerlərində duman olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-10, gündüz 12-17 dərəcə isti olacaq.

Dekabrın 2-də ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi, mülayim cənub küləyinin əsəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Gecə və səhər hava şəraitinin az çiskinli olacağı ehtimalı var. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 13-18, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti