...

İsveçrədə hüquq təhsili almaq istəyənlər üçün yeni imkan

Cəmiyyət Materials 5 Dekabr 2012 17:44 (UTC +04:00)
İsveçrənin Lund Universitetinin hüquq fakültəsi azərbaycanlı gənclər üçün 2013-2014-cü tədris ili üçün əqli mülkiyyət hüququ sahəsində bir sıra ixtisaslar üzrə 2 illik magistratura proqramı təklif edir.
İsveçrədə hüquq təhsili almaq istəyənlər üçün yeni imkan

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir İ.İsabalayeva/

İsveçrənin Lund Universitetinin hüquq fakültəsi azərbaycanlı gənclər üçün 2013-2014-cü tədris ili üçün əqli mülkiyyət hüququ sahəsində bir sıra ixtisaslar üzrə 2 illik magistratura proqramı təklif edir.

Təhsil Nazirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, magistratura proqramı beynəlxalq hüquq, insan hüquqları, mütərəqqi insan hüquqları, milli və beynəlxalq hüquqda insan hüquqlarının prosedur hüququ, hüquqi yazı və tədqiqat, Avropa əqli mülkiyyət hüququna giriş və əqli mülkiyyət hüququna dair insan hüquqları perspektivləri üzrədir.

Proqramda iştirak etmək istəyənlər gələn il yanvarın 10-dək sənədlərini Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti