...

Azərbaycanın üç rayonuna yeni prokurorlar təyin edilib

Cəmiyyət Materials 6 Dekabr 2012 10:58 (UTC +04:00)
Trend-in Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanova istinadən verdiyi məlumata görə, Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Bakı şəhər prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Pənah Abbasov və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mövlud Osmanov tutduqları vəzifədən azad edilərək, müvafiq olaraq, İmişli və Oğuz rayon prokuroru vəzifələrinə təyin ediliblər.
Azərbaycanın üç rayonuna yeni prokurorlar təyin edilib

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub.

Trend-in Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanova istinadən verdiyi məlumata görə, Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Bakı şəhər prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Pənah Abbasov və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mövlud Osmanov tutduqları vəzifədən azad edilərək, müvafiq olaraq, İmişli və Oğuz rayon prokuroru vəzifələrinə təyin ediliblər.

Baş prokurorun digər əmri ilə Həsən Mirzəyev Balakən rayon prokuroru vəzifəsinə təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti