...

Azərbaycan Biznes Keys Müsabiqəsinin final mərhələsi keçirilib (FOTO)

Cəmiyyət Materials 10 Dekabr 2012 12:41 (UTC +04:00)
ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi dekabrın 9-da Azərbaycan Diplomatik Akademiyasının yeni korpusunda Azərbaycan Biznes Keys Müsabiqəsinin final mərhələsini təşkil edib.
Azərbaycan Biznes Keys Müsabiqəsinin final mərhələsi keçirilib  (FOTO)

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir E.Mehdiyev/

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi dekabrın 9-da Azərbaycan Diplomatik Akademiyasının yeni korpusunda Azərbaycan Biznes Keys Müsabiqəsinin final mərhələsini təşkil edib.

Trend-in məlumatına görə, müsabiqədə iştirak etmək üçün 12 universiteti təmsil edən 80-dən çox komanda ərizə versələr də, onlardan yalnız 27-si final mərhələsinə çıxmağa nail olub.
Bütün komandalar beş həftə ərzində biznes analizi, strategiyanın qurulması, təqdimat etmək bacarığı və s. mövzularda təlimlər keçiblər. Bununla yanaşı komandalar final mərhələsindən öncə sınaq təqdimatlarında iştirak ediblər.

Qaydalara uyğun olaraq yarımfinal mərhələsində komandalar öz layihələrini yerli və beynəlxalq biznes qurumlarını təmsil edən hakimlər qarşısında təqdim edəcəklər. Dörd yarımfinal qalibi olan komanda isə birinci yer uğrunda mübarizə məqsədilə hakimlər qarşısında öz təhlillərinin təqdimatı ilə çıxış edəcəklər.

AzərbaycanBiznes Keys Müsabiqəsi ölkəmizin qabaqcıl universitetlərini təmsil edən tələbə komandaların iştirak etdiyi ənənəvi müsabiqədir. Bu müsabiqədə tələbələr maliyyə, marketinq, mühasibat, texnologiya və idarəetmə kimi sahələrdə əldə etdikləri bilikləri tətbiq etməklə real biznes problemlərini həll edir və onları Azərbaycanın işgüzar dairələrinin nümayəndələrindən ibarət olan münsiflər heyətinə təqdim edirlər.

Bu il 10 illiyini qeydedəcək müsabiqə 2002-ci ildən həyata keçirilməyə başlaıb. Azərbaycanda biznes keys təhlilitəcrübəsinin azlığını nəzərə alan MBA Enterprise Corps təşkilatının könüllüləri bu layihənin əsasını qoyublar. 2006-cı ildən etibarən isə bumüsabiqənin keçirilməsi hüququ ekskluzivolaraq ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinə verilib.

Biznes Keys Müsabiqəsi tələbələrin analitik və təqdimat bacarıqlarının inkişaf etdirilməsində və karyera inkişafında çox önəmli rol oynayacaq bacarıqların aşılanmasında və tələbələrə biznes idarəçilik vərdişlərinin öyrədilməsində əvəzsiz rol oynayır. Bununla yanaşı, müsabiqə biznes, elm nümayəndələrinə və tələbələrə maraqlı və intellektual bir forumda iştirak etmək imkanı yaradır.

2012-ci il Azərbaycan Biznes Keys Müsabiqəsi PAŞA Bank, BP Azərbaycan, Azerbaijan America Alliance, Procter & Gamble, Azercell, Statoil və Coca Cola şikrətlərinin dəstəyi nəticəsində həyata keçirilir. Azərbaycan Diplomatik Akademiyası layihənin akademik sponsorudur. İnformasiya dəstəyi isə TREND İnformasiya Agentliyi tərəfindən göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti