...

Bakı və Abşeronda həftənin ilk iş günü əsasən yağmursuz keçəcək

Cəmiyyət Materials 6 Yanvar 2013 17:39 (UTC +04:00)
Bakı və Abşeronda həftənin ilk iş günü əsasən yağmursuz keçəcək.
Bakı və Abşeronda həftənin ilk iş günü əsasən yağmursuz keçəcək

Azərbaycan, Bakı, 6 yanvar /Trend/

Bakı və Abşeronda həftənin ilk iş günü əsasən yağmursuz keçəcək. ETSN-nin Milli hidrometeorologiya departamentindən Trend-ə verilən məlumata görə, yanvarın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaqdır.

Abşeron yarımadasında temperatur gecə 0-4 dərəcə isti, gündüz 8-11 dərəcə isti olacaqdır.

Bakıda gecə 1-3 dərəcə isti, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Regionlarda hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.

Temperatur gecə 4 dərəcə şaxtadan 7-dək isti, gündüz 7-12 isti, yüksək dağlıq ərazilərdə 10-14 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaqdır.

Xəbər lenti

Xəbər lenti