...

Azərbaycanda ilahiyyata aid bütün əlyazmalar kataloqlaşdırılacaq

Cəmiyyət Materials 11 Yanvar 2013 12:38 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu gələn il ilahiyyata aid bütün, tarixə aid farsdilli əlyazmaları kataloqlaşdıracaq.
Azərbaycanda ilahiyyata aid bütün əlyazmalar kataloqlaşdırılacaq

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu gələn il ilahiyyata aid bütün, tarixə aid farsdilli əlyazmaları kataloqlaşdıracaq. Bunu Trend-ə İnstitutun direktor əvəzi Paşa Kərimov deyib.

Onun sözlərinə görə, əlyazmaların kataloqlaşdırılması həmin sahələr üzrə elmi tədqiqatların aparılmasını xeyli asanlaşdıracaq. Artıq üç cild ərəb, üç cild fars, iki cild türkdilli əlyazmaların kataloqu çap edilib. Bundan əlavə, 10-dan çox tematik kataloqlar buraxılıb.

Kərimov deyib ki, bütün əlyazmaların kataloqlaşdırılması üçün bir neçə on il lazımdır.

"Kataloqlaşdırma çox ciddi elmi işdir. Bu işi bir və bir neçə güclü alim görməlidir", - direktor əvəzi deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti