...

Azərbaycanda orta əsr əlyazmalarına həsr edilən respublika konfransı keçiriləcək

Cəmiyyət Materials 12 Yanvar 2013 13:53 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun təşkilatçılığı ilə Azərbaycanda orta əsr əlyazmalarına həsr edilən respublika konfransı keçiriləcək.
Azərbaycanda orta əsr əlyazmalarına həsr edilən respublika konfransı keçiriləcək

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun təşkilatçılığı ilə Azərbaycanda orta əsr əlyazmalarına həsr edilən respublika konfransı keçiriləcək.

İnstitutdan şənbə günü Trend-ə verilən məlumata görə, "Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri" mövzusunda XIII Respublika elmi konfransında bu sahə üzrə bir cox mütəxəssislər iştirak edəcəklər.

Konfransda əlyazmaşünaslığın ümumi problemləri, abidələr üzərində mənbəşünaslıq işləri, paleoqrafiya və kataloqlaşdırma, orta əsr əlyazmaları və tarixşünaslıq kimi məsələlər araşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti