Azərbaycan, Bakı, 14 yanvar /Trend/
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) dekabr ayı ərzində Bakı şəhərinin əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin sayı və orta sürəti üzrə statistik göstəriciləri təqdim edib.
Mərkəzdən Trend-ə verilən məlumata görə, göstəricilər, əsasən, paytaxtın əsas küçə və prospektlərini əhatə edib. Belə ki, Üzeyir Hacıbəyov prospektində ay ərzində 1 773 297 nəqliyyat vasitəsi qeydə alınıb və orta sürət 41 km/s təşkil edib. A.M.Şərifzadə küçəsinin cənub istiqamətində 530 891 nəqliyyat vasitəsi qeydə alınıb və orta sürət 44 km/s təşkil edib (şimal istiqamətində - 754 056, orta sürət - 48 km/s).
H.Əliyev prospektində əsas yolun şərq istiqamətində 1 021 739 nəqliyyat vasitəsi qeydə alınıb və orta sürət 69 km/s təşkil edib. Qərb istiqamətində 1 370 410, orta sürət 61 km/s təşkil edib. Prospektin kənar yolunun şərq istiqamətində 1 443 632 nəqliyyat vasitəsi qeydə alınıb, orta sürət isə 54 km/s olub. Kənar yolun qərb istiqamətində 1 412 599, orta sürət isə 53 km/s təşkil edib.
Nobel prospektinin şərq istiqamətində 1 072 308 nəqliyyat vasitəsi qeydə alınıb, orta sürət 65 km/s təşkil edib. Qərb istiqamətində isə 1 185 371 nəqliyyat vasitəsi qeydə alınıb və orta sürət 69 km/s olub.
Babək prospektinin şərq istiqamətində 1 162 893 nəqliyyat vasitəsi qeydə alınıb və orta sürət 54 km/s təşkil edib. Qərb istiqamətində 1162469, orta sürət isə 54 km/s təşkil edib.
İnşaatçılar küçəsinin cənub istiqamətində 1 103 883 nəqliyyat vasitəsi qeydə alınıb və orta sürət 49 km/s təşkil edib. Şimal istiqamətində isə 1 058 559, orta sürət 44 km/s olub.
Atatürk prospektinin cənub istiqamətində 1 226 839 nəqliyyat vasitəsi qeydə alınıb və orta sürət 45 km/s təşkil edib. Şimal istiqamətində 984 140, orta sürət isə 44 km/s təşkil edib.
Qara Qarayev prospektinin cənub istiqamətində 546 803 nəqliyyat vasitəsi qeydə alınıb və orta sürət 48 km/s olub. Şimal istiqamətində 727 257, orta sürət isə 49 km/s təşkil edib.
Zərifə Əliyeva prospekti - 1 647 768 nəqliyyat vasitəsi, orta sürət 40 km/s.
Azərbaycan küçəsində isə 773 535 nəqliyyat vasitəsi qeydə alınıb, orta sürət 37 km/s təşkil edib.