...

Azərbaycanda 2012-ci ildə doğulan körpələrin ömür uzunluğu 73,8 yaş proqnozlaşdırılır

Cəmiyyət Materials 17 Yanvar 2013 18:36 (UTC +04:00)
Azərbaycan əhalisi 9 356 000 nəfərə çatıb. Bu barədə cümə axşamı Trend-ə Dövlət Statistika Komitəsindən bildiriblər.
Azərbaycanda 2012-ci ildə doğulan körpələrin ömür uzunluğu 73,8 yaş proqnozlaşdırılır

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycan əhalisi 9 356 000 nəfərə çatıb. Bu barədə cümə axşamı Trend-ə Dövlət Statistika Komitəsindən bildiriblər.

İlkin məlumatlara əsasən, 2012-ci il ərzində ölkə əhalisinin sayı 121,4 min nəfər (1,3 faiz) artıb.

Komitədən bildiriblər ki, əhalinin yarıdan çoxu - 52,9 faizi şəhərdə yaşayır.

Azərbaycanda qadınların sayı kişilərə nisbətən yenə də çox olaraq qalır - 50,4 faiz. Beləliklə hər 1000 nəfər kişiyə 1016 qadın düşür.

Ölkədə gənclər əhalinin 30,3 faizini təşkil edir.

Komitə ötən il doğulan körpələrin gözlənilən ömür uzunluğunu da hesablayıb. Belə ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, körpələr üçün ömür uzunluğu 73,8 yaş təşkil edəcək. Məlumatlara görə, qızlar oğlanlardan 5 il çox yaşayacaq - oğlanlar üçün 71,2, qızlar üçün isə 76,5 yaş müəyyən olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti