...

"Amnesty International"ın nümayəndəsi Almaniyada insan haqları ilə bağlı vəziyyəti tənqid edib

Cəmiyyət Materials 23 Yanvar 2013 17:29 (UTC +04:00)
"Amnesty International" təşkilatının Almaniya şöbəsinin nümayəndəsinin Almaniyada insan hüquq və azadlıqlarının pozulması ilə bağlı hər hansı açıqlama verib-verməməsi ətrafında mübahisələr qızışır.
"Amnesty International"ın nümayəndəsi Almaniyada insan haqları ilə bağlı vəziyyəti tənqid edib

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

"Amnesty International" təşkilatının Almaniya şöbəsinin nümayəndəsinin Almaniyada insan hüquq və azadlıqlarının pozulması ilə bağlı hər hansı açıqlama verib-verməməsi ətrafında mübahisələr qızışır.

Trend-in məlumatına görə, Thedecline.info saytında yayılmış "Avropanın qürubu" sənədli filmində "Amnesty International" təşkilatının Almaniya şöbəsinin nümayəndəsi Aleksandr Boş bu ölkədə insan haqları ilə bağlı vəziyyəti kəskin tənqid edib.

"İnsan haqları ilə bağlı problemlərimizin ən böyüyü polisə nəzarətdir. Əgər hansısa aksiyada polis insanlara qarşı zorakılıqla yanaşırsa, onda ən birincisi siz həmin zorakılığı dayandıra bilən heç bir polis tapmazsınız. Belə aksiyalarda, misal üçün Ştutqartda iki il əvvəl keçirilən aksiyada, ya da son illərin ən böyük yürüşü sayılan və mərkəzi stansiyanın tikintisinə qarşı olan tədbirdə insanlar etirazlarını bildirirdilər və aksiya iştirakçılarından biri bu günü "qara cümə axşamı" adlandırdı. Baxmayaraq ki, həmin yürüşdə daha çox normal insanlar idi, nəinki, misal üçün, 1 may günündə keçirilən aksiyada, harada ki, solçular, sağçılar, liberallar, kommunistlər yığışır və burada polisin sərt davranışı adekvat qəbul olunur, çünki onlar hakimiyyəti ona qarşı yönələn təzyiqlərdən qoruyur. Lakin Ştutqartda baş verən hadisələr normal deyildi, çünki orada insanlar sadəcə stansiyanın tikintisinə qarşı çıxırdı və belə sərt münasibət onları ölkədəki polis haqda düşünməyə vadar edib. Artıq iki aydır belə halların araşdırılması ilə məşğuluq və sosial sorğuları keçirəndə insanlar bizdən soruşurlar: axı niyə "Amnesty International" bizim kimi normal ölkədə fəaliyyət göstərir. Amma sonradan aşkar olunurdu ki, doğrudan da Almaniyada polislə bağlı ciddi problemlər var. Bizdə hətta məhbuslara heç bir nömrə verilmir ki, "Amnesty International" kimi təşkilatlarla əlaqə saxlaya bilsinlər. Onlar yalnız dustaqxanadan yerli ofislərə məktub yaza bilərlər və belə məktub mənə gələndə biz onu nəzarətə ala bilmirik. Çünki həmin məktubu yazandan soruşanda onlar sadəcə deyə bilərlər ki, bizim həbsxanalarda heç nə baş vermir, o isə dəlidir. Əgər biz məktubun həqiqi olmasına inanırıqsa, yeganə edə biləcəyimiz budur ki, yüngül araşdırmalara başlayaq", - Boş deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti