...

“AccessBank” "Karyera məktəbi" layihəsini reallaşdırmağa başlayıb (FOTO)

Cəmiyyət Materials 31 Yanvar 2013 13:15 (UTC +04:00)
19 yanvar 2013-cü il tarixində AccessBank QSC-nin "Natavan" filialı "Qarant Sığorta" şirkətinin dəstəyi ilə gənclər üçün "Karyera məktəbi" adlı layihəyə start verib.
“AccessBank” "Karyera məktəbi" layihəsini reallaşdırmağa başlayıb (FOTO)

Azərbaycan, Bakı, 31 yanvar / Trend /

19 yanvar 2013-cü il tarixində AccessBank QSC-nin "Natavan" filialı "Qarant Sığorta" şirkətinin dəstəyi ilə gənclər üçün "Karyera məktəbi" adlı layihəyə start verib. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.

Layihə çərçivəsində AccessBank-ın işə qəbul üçün elan etdiyi müsabiqənin test imtahanı mərhələsində yüksək nəticələr əldə edən, amma bununla belə müsahibədən keçməyə müvəffəq olmayan namizədlər üçün treninq keçirilib.

Treninqdə "Karyeranın planlaşdırılması və inkişafı", "CV-nin düzgün tərtib edilməsi", "İşə qəbul üçün müsahibədə uğurlu təqdimatın əsasları", "İş axtarışı" və sair bu kimi mövzuları əhatə edən mühazirələr oxundu. 7 gün ərzində AccessBank tərəfindən dəvət olunana təcrübəli mütəxəssislər öz biliklərini iştirakçılarla bölüşdülər. Mühazirələr tanınmış ekspertlər, Azərbaycan Republikasının Gənclər Təşkilatlarının Milli Şurasının sədri Şahin Seyidzadə, Sosial və Psixoloji araşdırmalar Mərkəzinin rəhbəri Əhəd Kazımov tərəfindən təqdim olundu. Həmçinin, treninqdə təlimçi qismində "Qarant Sığorta" şirkətinin və AccesBank-ın departament rəhbərləri çıxış edərək öz uğur formulalarını gənclərlə paylaşdılar.

Tədbir iştirakçıları, təşkilatçılara öz təşəkkürlərini bildirməklə yanaşı, treninq ərzində bir çox faydalı səriştələrə yiyələndiklərini dedilər. Gənclər aksiyanı şərh edərək, bu kimi layihələrin gələcəkdə regionlarda da keçirilməsini və daha çox şirkətin bu estafetə cəlb olunmasını arzuladılar.

Qeyd edək ki, layihə "Qarant Sığorta" şirkətinin dəstəyi ilə keçirildi və seminarda 3 ən fəal iştirak edən gənc üçün "Qarant Sığorta" şirkətində 1 aylıq iş təcrübəsi qazanmaq imkanı yaradıldı. Treninqlərin sonunda bütün iştirakçılara sertifikatlar təqdim olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti