...

Moskvada tanınmış tarixçi-qafqazşünas Rudolf İvanovun kitabının təqdimatı olub

Cəmiyyət Materials 9 Fevral 2013 12:17 (UTC +04:00)
Moskvada Rusiyanın tanınmış tarixçi-qafqazşünası Rudolf İvanovun "Azərbaycan həqiqəti, Rusiyanın gəlməsi və İran motivləri. XIX əsr Azərbaycan tarixi oçerkləri" kitabının təqdimatı olub.
Moskvada tanınmış tarixçi-qafqazşünas Rudolf İvanovun kitabının təqdimatı olub

Azərbaycan, Bakı, 9 fevral /Trend/

Moskvada Rusiyanın tanınmış tarixçi-qafqazşünası Rudolf İvanovun "Azərbaycan həqiqəti, Rusiyanın gəlməsi və İran motivləri. XIX əsr Azərbaycan tarixi oçerkləri" kitabının təqdimatı olub.

Trend-in məlumatına görə, bununla bağlı təntənəli tədbir Moskvadakı Azərbaycan Mədəniyyət Mərkəzində keçirilib.

"Həqiqətən də geniş fəaliyyət göstərən bu insan Azərbaycan, Azərbaycan tarixi və xalqı üçün böyük iş görür. O, əslində nəyin baş verdiyini təsdiq edən faktlar, sənədlər tapır", - Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

Səfirin sözlərinə görə, tarixi hadisələr haqqında etibarlı məlumata malik olmaq olduqca vacibdir.

"Fikrimcə, belə kitablar, həmçinin rusiyalı politoloqlar, siyasətçilər, rəhbər şəxslər üçün faydalıdır", - diplomat fikirlərini bölüşüb və əlavə edib ki, kitabın səhifələrində öz əksini tapan məlumatlar müasir mürəkkəb geosiyasi proseslərdə istiqaməti təyin etməyə kömək edəcək.

"Azərbaycan və Rusiya arasında tarixi bağlılıq olduğuna görə gördüyünüz işi, verdiyiniz töhfəni layiqincə qiymətləndirmək çətindir", - Bülbüloğlu müəllifə müraciət edərək deyib.

"Azərbaycan həqiqəti, Rusiyanın gəlməsi və İran motivləri. XIX əsr Azərbaycan tarixi oçerkləri" kitabı rus dilində çap edilib.

Mütəxəssislərin fikrincə, kitabın dəyəri arxivlərdə məktub və digər orijinal sənədlərlə görülən böyük həcmdə işdən ibarətdir, tədqiqatçının nüfuzu isə aşkar edilən faktların çatdırılmasının həqiqiliyinə şübhə yeri qoymur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti